“Smart youth for Smart Cities” adlı beynəlxalq layihə icra olunur - FOTOLAR

“Smart youth for Smart Cities” adlı beynəlxalq layihə icra olunur - FOTOLAR

Avropa Birliyinin Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində “Smart youth for smart cities” adlı beynəlxalq layihə keçirilir.


Sfera.az xəbər verir ki, layihədə 8 ölkədən (Azərbaycan, Estoniya, Gürcüstan, Fransa, İtaliya, Polşa, Niderland və Türkiyə) hər birindən 4 nəfər olmaqla, ümumilikdə 32 nəfər QHT rəhbəri və üzvləri iştirak edir.


28 may 2023-cü il tarixinə qədər davam edəcək layihənin məqsədi gənclərə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində yol göstərmək, ağıllı şəhər fenomenini araşdırmaq, ağıllı şəhərlərin ideyalarını təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə bacarıqlarını aşılamaqdan ibarətdir.


Layihə müddətində qeyri-formal təhsil metodundan istifadə olunaraq iştirakçılara DİM-lər haqqında məlumat verməklə yanaşı, müvafiq hədəflərə çatmaq və daha az imkanları olan gənclərin işləmək bacarığını inkişaf etdirmək, AB Proqramı və Tərəfdaş ölkələrlə gənclərlə iş sahəsində əməkdaşlığı genişləndirməkdir.


Tədbir çərçivəsində iştirakçı ölkələrin mətbəxi, milli musiqisi və rəqs nümunələri nümayiş olunmuşdur.

 

 


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...