Logo

Rəşad Dağlı azadlığa çıxıb? - Oğlundan AÇIQLAMA

Rəşad Dağlı azadlığa çıxıb? - Oğlundan AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqət çəkən paylaşım edib.

O, valideyni ilə arxiv fotosunu paylaşaraq, azadlığa çıxması xəbərlərini yalanlayıb.

"Yalan şaiələrə inanmayın. Atamı buraxmayıblar. Buna səbəb olanlara Allah min dəfə lənət eləsin", - deyə söz xiridarının oğlu Yusif yazıb.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Rəşad Dağlı azadlığa çıxıb? - Oğlundan AÇIQLAMA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR