Bu ərazilərdəki evlər BAHALAŞACAQ - DİQQƏT!

Bu ərazilərdəki evlər BAHALAŞACAQ - DİQQƏT!

“Yaxın zamanlarda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən növbəti kredit ayırması gözlənilir ki, bu da mənzil bazarına xüsusi fəallıq gətirəcək. Həmin hadisədən sonra bazarda yenidən qiymət artımın şahidi olacağıq”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert, iqtisadçı Vüqar Oruc qeyd edib. 

 

Onun sözlərinə görə hazırda əmlak bazarında stabillik mövcuddur:

 

“Tələb və təklif hələ də yüksək olduğu üçün qiymətlərdə cüzi də olsa artımın şahidi oluruq. Amma ötən il və bu ilin əvvəllərində olan yüksək qiymətlərlə hələki qarşılaşmırıq. Bazarımız dinamikləşib və fəallaşıb. Forsmajor hal baş verməsə, bundan sonra ümumiyyətlə daşınmaz əmlakın qiymətində hər hansı enmə baş verməyəcək. Ölkəyə yeni investisiyalar və layihələr daxil olur. Hansı ki, bunlar daşınmaz əmlak bazarına əlavə təkan verən məsələdir. 

 

Eyni zamanda dünyada baş verən inflyasiya nəticəsində bütün milli valyutalar kimi Azərbaycan manatının da alıcılıq qabiliyyəti aşağı düşüb. Mənzil bazarındakı qiymətlərə bu amil də təsir göstərir. Qiymətləri tətikləyən digər məqam isə investorların ölkəmizə axınıdır. 

 

Ayrı-ayrı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizin dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində inamlı addımlardır. Bütün bunlar daşınmaz əmlakın qiymətlərinin artmasını şərtləndirən amillər kimi qəbul oluna bilər”. 

 

Ekspert yay mövsümü ilə əlaqədar fərdi və bağ evlərinin kirayə ilə əldə edilməsi prosesinə start verildiyini də vurğulayıb. O, deyib ki, bu baxımdan dəniz qırağı ərazilərdə yerləşən fərdi bağ evlərinin qiymətində xüsusi artım var:

 

“Artıq fərdi və bağ evlərini kirayə ilə əldə etmək prosesinə start verilib. Bu evlərdə qiymətlərin artımı indidən hiss olunur ki, bu, bazarda təklif qiymətlərində də dəyişikliyə səbəb olacaq. Onu da əlavə edim ki, növbəti tədris ili ilə əlaqədar da bəzi valideynlər kirayə mənzil axtarmağa start veriblər. Bu da haradasa gələcək aylarda kirayə seqmentində çox ciddi artımların olacağını proqnozlaşdırmağa əsas verir”. 


OXŞAR XƏBƏRLƏR

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait AYIRDI

Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırı...

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...