Maaşın gecikməsinə görə kompensasiya ala biləcəksiniz - VİDEO

Maaşın gecikməsinə görə kompensasiya ala biləcəksiniz - VİDEO

Maaşın gec ödənməsi halı çoxlarının qarşılaşdığı problemdir.

 

Sfera.az xəbər verir ki, əksər hallarda özəl şirkətlər işçilərinə maaşı əmək müqaviləsində təyin olunan vaxtdan 3-5 gün, bəzi hallarda isə daha gec ödəyirlər.  

 

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, bu hallarda qanunda gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənməsi tələbi öncədən mövcud idi.

 

Ancaq Konstitutsiya məhkəməsinin yeni qərarına əsasən artıq işəgötürənlə işçi arasında fərdi əmək mübahisəsi maaşın gecikdirilməsinə səbəb olduqda da işçiyə əlavə kompensasiya ödənməlidir.

 

Məsələ ilə bağlı danışan hüquqşünas Ayazbəy Əhmədov bildirir ki, yeni qərar işçilərin hüquqlarının müdafiəsini daha da gücləndirir.

 

Yəni, əgər işəgötürənlə-işçi arasında fərdi əmək mübahisəsi səbəbindən onun 1000 manat olan maaşı 10 gün gecikirsə, işəgötürən buna görə də əlavə 100 manat həcmində vəsait ödəməlidir.  Bundan başqa işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində həmin əlavə ödənişin verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu kimi hallarda işəgötürən əlavə olaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnə bilər. 

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...