Lənkəranda qəza törədən 21 yaşlı Əli tanınmış həkimin oğlu imiş

Lənkəranda qəza törədən 21 yaşlı Əli tanınmış həkimin oğlu imiş

Lənkəran rayonunun Sütəmurdov kəndində baş vermiş qəzanı törədən şəxsin kimliyi məlum olub.

 

Sfera.az Cənublu.az-a istinadən xəbər verir ki, qəzanı törədən 21 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur.

 

Onun bir neçə ay öncə “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

 

Qeyd edək ki, Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub.

 

Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, hadisə ilə bağlı ilkin yayılan məlumatda “Hyundai” markalı avtomobilin sürücüsü Əli Rufullazadənin hadisə yerindən qaçdığı bildirilib.

 

Zaman-zaman Əlinin anası Mehparə Rufullayeva mediada qadınların doğuş zamanı ölməsi ilə bağlı gündəmə gəlib.

 


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...