Logo

Azərbaycanda yoluxma sayı AÇIQLANDI: Ölən var

Azərbaycanda yoluxma sayı AÇIQLANDI: Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, 9 928 nəfər vəfat edib, aktiv xəstə sayı 531 nəfərdir.

Ölkədə son sutka ərzində 1 408, hazırkı dövrədək isə 7 274 499 test aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR