Nazir mükafatlandırma mərasimində - Fotolar

Nazir mükafatlandırma mərasimində - Fotolar

Ötən gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Həmrəyliyi Gününə həsr olunmuş Bakı şəhər musiqi kollektivlərinin festivalının qalibləri elan edilib. Festivalda muğam və musiqi kollektivi nominasiyaları üzrə fərqlənən kollektivlər idarənin diplomları ilə təltif olunub.

Tədbirdə “2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Müsabiqədə qaliblər 20-dən çox nominasiya üzrə müəyyənləşdirilib. Müsabiqə qaliblərinə fəxri fərmanlar, diplomlar, mükafatlar və hədiyyələr təqdim olunub.

Həmçinin “Milli mədəniyyətimizin təməli” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən müsabiqənin qalibləri də mükafatlandırılıb.

Müsabiqəyə təqdim edilmiş ən yaxşı məqalələr tarixi abidələr, folklor və milli adət-ənənələr, görkəmli və tarixi şəxsiyyətlər nominasiyaları üzrə diplom və hədiyyələrə layiq görülüb.

"Qafqazinfo" saytı "ən yaxşı əməkdaşlıq nominasiyasi" mükafatına laiq görülüb. 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni rəisi Vüqar Zeynalovu kollektivə təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib.

Nazir
Nazir
Nazir
Nazir


OXŞAR XƏBƏRLƏR

"Rusiyanın son seçimi Türkiyədir" - Sülh İstanbulda olacaq?

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun da İstanbulda baş tutacağı gözlənilir.    Maraqlıdır, yenidən İstanbulun seçilməsi nəyə...

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...