Unibank korporativ internet bankçılıq üzrə MDB-nin ən yaxşı bankları siyahısındadır

Unibank korporativ internet bankçılıq üzrə MDB-nin ən yaxşı bankları siyahısındadır

Unibank “İnternet bankçılıq” nominasiyası üzrə Azərbaycan bankları arasında 2-ci yerə çıxıb. Bu qərar “SME Banking Club” beynəlxalq platformasının “Business Online Banking -2023” araşdırmasının nəticələrinə əsasən verilib. Araşdırma zamanı “Unibank”ın internet bankçılıq xidməti ekspertlər tərəfindən həm də MDB və Qafqazda biznes üçün 10 ən yaxşı internet bankçılıq xidmətindən biri elan edilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2023-cü il üzrə TOP-20 ən yaxşı internet bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Araşdırma bazar şəraiti, internet bankçılıq trendləri, ən yaxşı təcrübələr, internet bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə aparılıb. Araşdırma zamanı Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada 50-dən artıq bankın bu istiqamətdə xidmətləri 120 parametr üzrə təhlil edilib.

 

Unibankın internet bankçılıq xidməti müştəriyə bir çox üstünlüklər verir. Biznes sahibi bu xidmətə onlayn qoşulmaqla, banka gəlmədən öz hesabı ilə bağlı çoxsaylı əməliyyatlar həyata keçirə, konvertasiya əməliyyatları edə, istənilən vaxt pulsuz olaraq bank hesablarına nəzarət edə, ölkədaxili və ölkəxarici ödənişlər apara, bütün işçilərinin əməkhaqlarının köçürülməsini birdəfəyə həyata keçirə və digər xidmətlərdən faydalana bilər.

 

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

 

“Unibank”ın biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (//www.unibank.az/az/corporate/index) əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...