“Müvafiq qurumlar hərəkətə keçməlidir...” - Açıqlama

“Müvafiq qurumlar hərəkətə keçməlidir...” - Açıqlama

Xəbər verdiyimiz kimi, paytaxtda iki azyaşlı quyuya düşərək ölüb. Ümumiyyətlə paytaxtın bir sıra küçələrində insan sağlamlığı üçün təhlükə yarada biləcək tikinti xətalarının, yolda çuxurların olmasına şahidlik edirik.

 

Maraqlıdır, bu kimi problemlərin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bəzi hallarda insanların məsuliyyətsizliyinin ağır fəsadlara gətirib çıxardığını deyib:

 

“Gözləmək lazım deyil ki, hansısa bədbəxt hadisə yaşansın, ondan sonra tədbir görülsün. Tikintini aparan şirkət, özəl və ya dövlət müəssisəsi ərazidə olan riski vaxtında təhlükəsiz hala gətirməlidir. İki azyaşlının quyuya düşərək ölməsi çox ağır hadisədir, belə bir ehtimalı əvvəlcədən gözə almaq lazım idi. Əgər həmin quyunun üzəri açıqdırsa, bu quyuya hətta gündüz vaxtı yaşlı insan da düşə bilər. Bu kimi təhlükələrə yol çöküntülərini, aşma təhlükəsi olan dirəkləri, yaxud kanalizasiya quyularını nümunə göstərə bilərik. Bu kimi təhlükələr eyni ərazilərdə bəzən illərlə aradan qaldırılmır. Hadisə isə bir dəfə olur”.

 

Ekspert insanları təhlükələrlə bağlı müvafiq qurumlara müraciət etməyə səsləyib:

 

“Bu cür hadisələrin yaşanmaması üçün aidiyyatı qurumlar hərəkətə keçməlidir. Bundan başqa valideynlər də uşaqların oynadıqları, zaman keçirdikləri əraziləri nəzərdən keçirməlidirlər.  Yaxud, uşaqlara belə riskli halları gördükləri zaman etməli olduqları olduqları davranışlar aşılanmalıdır. Ani bir diqqətsizlik sonradan bədbəxt hadisələrin yaşanmasına gətirib çıxarır. Hər bir şəxsin belə situasiyalara qarşı vaxtında tədbir görülüməsi üçün müvafiq qurumlara müraciət etməyi gərəklidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....