Logo

Bakıda evdən 10 000 manatlıq oğurluq edildi

Bakıda evdən 10 000 manatlıq oğurluq edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda evdən 10 000 manatlıq oğurluq edilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR