Logo

Lənkəran sakini həbsdəki qardaşına narkotik ötürmək istədi

Lənkəran sakini həbsdəki qardaşına narkotik ötürmək istədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Sfera.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Sultan oğlu Əkbərovla qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Qüdrət Sultan oğlu Əkbərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı cins şalvarın cibində gizlətdilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,091 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR