Logo

Şabranda "KamAZ" işçinin üzərindən keçdi

Şabranda "KamAZ" işçinin üzərindən keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.

Sfera.az xəbər verir ki, "KamAZ" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.

Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sözügedən tikintini "Kolin İnşaat" şirkəti həyata keçirir.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR