Volqoqradda qızları qorxuda saxlayan manyak məhkum olunub
Kateqoriya məlum deyil
Rusiya İstintaq Komitəsinin əməkdaşları Volqoqrad vilayətində qızlara dəfələrlə hücum edən adama qarşı istintaqı tamamlayıb. 41 yaşlı yerli sakin altı halda seksual xarakterli zorakılıqda günahkar bilinib.
Manyak bu cinayətləri 2015-ci ilin dekabrından 2016-cı ilin aprel ayınadək törədib. O, qurbanlarını evlərin keçidlərində gözləyərək onlara hücum edib, vintaçan və ya bıçaqla hədələyib zorla seksual xarakterli hərəkətlərə məcbur edib. 16-27 yaş arası 9 qız manyakın qurbanı olub. Əvvəllər də həmin şəxsin bir sıra zorlama cinayətlərinə görə 12 il cəza çəkdiyi və 2015-ci ildə azadlığa çıxdığı bildirilir.






