"Valideyni 4 il həbs gözləyir..." - Komitədən 13 yaşında nişanlandırılan qızla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Bakı şəhərində 13 yaşlı qızla 37 yaşlı kişinin nişan mərasimi baş tutub.

 

Yeniyetmənin verdiyi açıqlamaya görə, o, nişanlanmasına qarşı olduğunu bildirib.

 

Baş verənlərlə bağlı Sfera.az-a açıqlama verən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanov sözügedən məsələ ilə bir neçə qurumun məşğul olduğunu deyib:

 

"13 yaşlı qızın nişanlandırılması ilə Komitə olaraq məşğuluq. Nişanlanan yeniyetmənin ailəsi ilə əlaqə saxlamasaq da, bu işlə məşğul olan müvafiq komissiya məlumatlandırılıb. Hazırda həmin ailənin ünvanı müəyyən edilib. Bizim əməkdaşlar ailəyə baş çəkəcəklər. Həmin yeniyetmənin təhsildən yayınma halı da var, bu işlə də məşğul olacağıq. Detallar öyrənildikdən sonra ətraflı məlumat veriləcək".

 

Komitə sözçüsü yeniyetmənin məcburi evləndirilməsi faktının təsdiqlənəcəyi təqdirdə valideynləri cəza gözlədiyini bildirib:

 

"Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya məlumatlanıdırılıb. Erkən yaşda uşağın evləndirilməsi zamanı məcburetmə varsa, o zaman bu hal hüquqi müstəviyə keçir. Belə vəziyyətdə valideyni 4 il həbs, eyni zamanda 4 min manat cərimə gözləyir. Erkən yaşda nişanlandırılan yeniyetmələri aidiyyatı komissiya nəzarətdə saxlayır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...