Logo

Astarada elektrik stansiyasını su basdı - VİDEO + FOTOLAR

Astarada elektrik stansiyasını su basdı - VİDEO + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Astarada elektrik stansiyasını su basdı - VİDEO + FOTOLAR
Astarada elektrik stansiyasını su basdı - VİDEO + FOTOLAR
Astarada elektrik stansiyasını su basdı - VİDEO + FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR