Lənkəranskinin qisasını almağa söz verən mafioz: "Bir qəbiristanlıq adam öldümüşəm" - YENİLƏNİB
Lent.az Rövşən Lənkəranskinin qisasını alacağına söz verən İtaliya mafiya başçısı Matteo Messina Denaronun kimliyinə aydınlıq gətirib. İnternet resurslarından əldə etdiyimiz məlumata görə "Dyabolik” ("İblis”) ləqəbli Messina Denaro 1962-ci ildə Siciliyada "Don Çiçço” ləqəbli mafioz Françeko Messinanın ailəsində anadan olub. Deyilənə görə, hələ uşaq vaxtı atası ona tapançadan atəş açmağı öyrədirmiş. Məktəbdə əla qiymətlərlə oxuyan Matteo ali təhsil ala bilmir. Çünki elə Rövşən Lənkəranski kimi, atasının düşmənini öldürür. Alkamodan olan mafiya başçısı Vinçentso Milatsonu qətlə yetirən Matteo, iki gün sonra onun sevgilisi Antonella Bonomonu da yatdığı yerdə boğur.
İtaliya xəfiyyəsi Matteonun indiyədək 60-dan çox insanı qətlə yetirdiyi qənaətindədir






