Logo

Yaponiyada müstəqilliyimizin 25 illiyi

Yaponiyada müstəqilliyimizin 25 illiyi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın paytaxtı Tokioda Azərbaycanın müstəqilliyinin 25-ci illiyi ilə bağlı ziyafət təşkil olunub.

Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, ziyafətdə Yaponiya iş adamları iştirak edib. Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tədbirdə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı məlumat verib.

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri azad şəkildə yaşamaq hüququna malikdir.

Ziyafətdə Azərbaycanda dəfələrlə səfərdə olmuş, son 3 ildə 400 nəfərə yaxın yaponiyalı biznesmeni Azərbaycana aparmış, Yaponiyada Azərbaycanın təbliğatı ilə məşğul olan Kazuyasu İşida və digər sahibkarlar Azərbaycanın tarixi, zəngin mədəniyyəti, stabil siyasi həyatı, biznes mühiti ilə bağlı fikir mübadiləsi aparıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR