Logo

Bakıda avtobusa səhvən minən azyaşlı ailəsinə təhvil verildi

Bakıda avtobusa səhvən minən azyaşlı ailəsinə təhvil verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Nəqliyyat Agentliyinin Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, 88 nömrəli marşruta saat 15:30 radələrində 6 yaşlı oğlu səhvliklə minib. Övladının tapılaması üçün çağrı mərkəzimizə müraciət edib.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, müraciəti qəbul etdikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verildi.

16:25 radələrində oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayyəti ilə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR