44 günlük Vətən Müharibəsi ilə bağlı atılan elmi-kütləvi addımlar: Gələcək nəsil üçün YENİ TARİX

44 günlük Vətən Müharibəsi ilə bağlı atılan elmi-kütləvi addımlar: Gələcək nəsil üçün YENİ TARİX

Cəmiyyətimiz daha da savadlanması və hərtərəfli informasiya ilə əhatələnməsi üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, yenilərinin hazırlanmasına böyük ehtiyac var. Digər tərəfdən, xüsusilə orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulan dərsliklər önəmli istiqamətlərdən biridir. Burada əsas məqsədlərdən biri isə şəxsiyyət yetişdirməkdir.

 

Sfera.az bildirir ki, bu yolda gənc nəsillərə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən, uğurlu qələbədən, onun hərbi-siyasi və strateji əhəmiyyətinin başa salınması istiqamətində çox ciddi addımlar atılmalıdır. Bu gün təhsil proqramlarında Vətən müharibəsi, qazandığımız Böyük Zəfər, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatlar əks olunur. Çünki cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və bu, belə davam edəcək.

 

Qeyd edilən məsələ ilə bağlı artıq bir neçə ildir, addımlar atılır. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası və ya digər təhsil qurumları, işçiləri, təhsil sahəsi üzrə mütəxəssislər tərəfindən müəyyən dərsliklərin hazırlanıb və ya hazırlanır. Hələ 2020-ci ildə  Təhsil Nazirliyin tərəfindən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilmişdi. Məqsəd isə ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi idi. Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edirdi. Planda Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əks olunurdu.

 

Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alırdı. Həmçinin, "Çağırışaqədərki hazırlıq" fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasında olub. Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçirilir, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanır. 

 

Nəzərə alsaq ki, torpaqlarımız artıq düşməndən azad edilib bu gün mühüm məsələlərdən biri, dərsliklərin dəyişdirilməsi ilə bağlıdır. Qələbədən sonra yeni dərsliklərin hazırlanır və bu, belə də davam edəcək. Çünki gələcək nəsil xalqımızın, dövlətimizin necə bir şanlı yoldan keçdiyini məhz bu dərsliklər vasitəsilə öyrənəcək, dəqiq məlumatlar əldə edə biləcək.

 

Günay Rəsulqızı

 

Mövzu: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...