Sosial mediada aktiv olan bürclər: Onlar heç nəyi gizlədə bilmir

Sosial mediada aktiv olan bürclər: Onlar heç nəyi gizlədə bilmir

Bəzi insanların aktiv həyat tərzləri var və onlar sosial media hesablarında hər anlarını paylaşmağı sevirlər. Astrologiyada da heç nəyi gizli saxlaya bilməyən bürclər mövcuddur.

 

Sfera.az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.

 

Əkizlər bürcü – Əyləncəni çox sevirlər. Onların həyəcanlarını, xoşbəxtliklərini bölüşməkdən xoşları gəlir. Ünsiyyət qurmağı yaxşı bacarırlar və özlərini rahat ifadə edirlər. Bu baxımdan sosial mediada aktiv ola bilirlər.

 

Şir bürcü - Onların şəxsiyyəti, davranışı və ifadə tərzi insanları asanlıqla cəlb edir. Sosial şəbəkələrdən də çox istifadə edirlər. Bu baxımdan bir çox paylaşım edə bilirlər.

 

Oxatan bürcü - Danışmağı sevirlər. Söhbət zamanı onlar mühüm məsələlər, fəlsəfə, dəyərlər və inanclar haqqında danışa bilərlər. Müzakirə etdikləri məsələlərlə bağlı səmimi fikirlər söyləyirlər. Bu isə bəzən onların həddən artıq paylaşım etmələrinə gətirib çıxarır.

 

Dolça bürcü -  Yeni ideyalardan danışmaq məsələsində çox həvəsli olurlar. Nə deyəcəklərini və ya edəcəklərini təxmin etmək çətin ola bilər, çünki onlar kortəbii hərəkət edirlər. İnsanlarla ünsiyyəti sevirlər və ona görə də paylaşımlarla araları yaxşıdır.

 

Qoç bürcü - Son dərəcə açıq sözlü və impulsivdirlər. Adətən ağıllarına gələni söyləyirlər və insanları asanlıqla incidə bilərlər. Qoçlar çox vaxt hisslərini və fikirlərini gizlədə bilmirlər, bu da onları həddən artıq paylaşmağa vadar edir.

 

Buğa, Xərçəng, Qız, Tərəzi, Əqrəb, Oğlaq və Balıqlar adətən sakit olurlar.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...