Logo

Kralın tacqoyma mərasimindən maraqlı GÖRÜNTÜLƏR

Kralın tacqoyma mərasimindən maraqlı GÖRÜNTÜLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Londondakı Vestminster abbatlığında Britaniya kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, İngiltərə kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi Müqəddəs Eduardın tacını III Çarlzın başına qoyub və yüksək səslə "Allah kralı qorusun!" deyib.

Tacqoyma mərasimindən sonra III Çarlz taxta çıxıb. Mərasimdə həmçinin III Çarlzın həyat yoldaşı Kraliça Kamilla da tac qoyub. Tacqoyma mərasimi üçün 1911-ci ildə hazırlanmış Kraliça Məryəmin tacından istifadə edilib.

Mərasimdən sonra kral korteji Vestminsterdən ayrılıb. Onları digər kortejdə Uels şahzadəsi Uilyam, həyat yoldaşı Keyt və uşaqları Corc, Lui və Şarlotta, eləcə də kral ailəsinin digər üzvləri izləyib. Kortej abbatlıqdan Bukinqem sarayına doğru hərəkət edib. Yürüşlə yanaşı, hərbi parad da başlayıb. Böyük Britaniya Müdafiə Nazirliyi ölkə üzrə tacqoyma mərasimlərində 7000 nəfərin iştirak etdiyini bildirib.

1241577Kralın tacqoyma mərasimindən maraqlı GÖRÜNTÜLƏR12415791241580

12415741241575124157612415811241582

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR