BAKIDA DAHA BİR İNSANLIQ DRAMI: Feysbuk dostunun ölümündən yazdı, iki gün sonra intihar etdi
Kateqoriya məlum deyil
İki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonunda özünü asaraq intihar edən şəxslə bağlı bəzi məlumatlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də feysbuk səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb. Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib.






