Yol qəzaları can almaqda davam edir: Qarşısını almaq üçün nələr edilməlidir? - AÇIQLAMA

Yol qəzaları can almaqda davam edir: Qarşısını almaq üçün nələr edilməlidir? - AÇIQLAMA

Son zamanlar ölkə yollarında qəzaların, buna uyğun olaraq ölən və yaralananların sayı artır.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan nəqliyyat məsələləri üzrə eksper Ərşad Hüseynov deyib ki,  bəzi insanlar sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısının alınacağına inanır:

 

“Sistem xarakterli işlər görülməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s. Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir”.

 

Ekspert xatırladıb ki, ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alınıb və bu vəziyyətin səbəbləri araşdırılmalıdır:

 

“Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz. Təbliğat və təşviqata da böyük ehtiyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq olmalıdır.  Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Ruanda Respublikasının Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir...

Dünyada ən çox bu bürcün nümayəndəsi var

Dünyada ən çox rast gəlinən bürcün adı məlum olub.   Sfera.az xəbər verir ki, statistik məlumatlara görə, planetin müxtəlif bölgələrində doğum tarix...

Rusiyada azərbaycanlı qadını VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR - VİDEO

Rusiyada jurnalist restoran əməkdaşına hücum edib   Sfera.az AZTV-yə istinadən xəbər verir ki, Rusiyada daha bir insident qeydə alınıb. Sverdlovsk vi...

“Bank of Baku tam rəqəmsallaşacaq!” – Bankın sədri Həsən Quliyevlə MÜSAHİBƏ

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev bankın fəaliyyəti ilə bağlı müsahibə verib.   Sfera.az materialı təqdim edir:   ...

Bu rayonlara yağış yağıb - Faktiki hava

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.   Bu bar...

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib.   Bu araşdırma 2025-ci ilin 1-ci rübü...