Logo

Milli Məclisdə İTV ilə bağlı qanun layihəsi qəbul olundu

Milli Məclisdə İTV ilə bağlı qanun layihəsi qəbul olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub.

Sfera.az xəbər verir ki, Şuranın tərkibinə aşağıdakı şəxslər daxildir:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:

1. Cəfərov Həsən Şahhüseyn oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri

2. Talıbov Əzim Zahid oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Azərbaycan Milli Elmlər Akademiyasından:

1. Kərimli Teymur Həşim oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
2. Xavəri Sərxan Abbas oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent

Azərbaycan Mətbuat Şurasından:

3. Həsrət Azər Hacıqulu oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü
4. Fərəcov Aqil Ələsgər oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR