Azər Paşa Nemətovun səlahiyyətlərini o icra edəcək - FOTO

Azər Paşa Nemətovun səlahiyyətlərini o icra edəcək - FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarının icrası Əməkdar mədəniyyət işçisi İlham Əsgərova həvalə olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə teatrın Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, İ. Əsgərov 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.

 

O, indiyədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlayıb. İ. Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.

 

2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.

 

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib. Onun yerinə hələ ki, təyinat yoxdur.

 

 

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....