“Yarışın yaratdığı çətinliyi anlayışla qarşılamalıyıq” - DEPUTAT

“Yarışın yaratdığı çətinliyi anlayışla qarşılamalıyıq” - DEPUTAT

Xəbər verdiyimiz kimi, Formula 1 Azərbaycan Qran-Prisi 2026-cı ilədək F1 təqviminə əlavə olunub. Yeni qərar isə öz növbəsində geniş müzakirələrə səbəb olub. Yarışın ölkədə keçirilməsini dəstəkləyənlər olsa da, böyük əksəriyyət yeni qərara mənfi reaksiya verib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vüqar İskəndərov Formula 1 oyunlarının ölkəmizin dünyada tanıdılması üçün mühüm vasitə olduğunu deyib:

 

“Formula 1 dünyada futboldan sonra ikinci ən çox tamaşaçı cəlb edən idman yarışmasıdır. Bu yarışı hər ölkə öz üzərinə götürüb keçirə bilmir. Əvvəla, bu məsələdə yüksək təşkilatçılıq, infrastruktur, maliyyə lazımdır. Yarış keçirilən ölkədə sabitlik olmalıdır. Bir məsələni nəzərdən qaçırmayaq ki, yarış günlərində 1 milyarda yaxın insan Azərbaycanı izləyir. Təsadüfi deyil ki, həmin günlərdə “Google” axtarış sistemində ən çox axtarılan sözlər “Azərbaycan”, “Bakı” sözləri olur. Bu, çox önəmli məsələdir. Koronavirus pandemiyasının başlamasından əvvəl yarışların keçirilməsi ölkəmizə turist axınının çoxalması ilə nəticlənmişdi. Daha sonra pandemiya səbəbindən sərhədlərin bağlanması, yarışların keçirilməməsi turizmə mane oldu. Lakin pandemiyadan sonra bu yarışlara start verilməsi ilə artıq ölkəmizə turist axınının bərpasını müşahidə edirik”.

 

V.İskəndərov vətəndaşları yarış müddətində anlayışlı olmağa çağırıb:

 

“Bir ölkənin  dünyada tanınması onun sözünün kəsərini artırır, dövlətin gücünü nümayiş etdirir. Bu, vacib strateji məsələdir. Yarışların keçirildiyi müddətdə yolların bağlanması vətəndaşlar üçün çətinlik törədir, amma buna dar pəncərədən yox, geniş vizyondan baxmaq lazımdır. Dünya ulduzlarının ölkəmizə gəlməsi, xoş sözlər söyləməsinə Azərbaycanın dünyaya təqdimatı kimi də baxılmalıdır. Ona görə də insanlarımız yarışın yaratdığı çətinliyi anlayışla qarşılamalıdırlar. Hər bir azərbaycanlı bu yarışı keçirən ölkənin vətəndaşı olduğu üçün qürur duymalıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...