Logo

Bayram günündə avtobusların iş qrafiki dəyişiləcək

Bayram günündə avtobusların iş qrafiki dəyişiləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-nin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərəcəklər.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Oxu.Az-a bildirib.

O qeyd edib ki, MMC artıq gücləndirilmiş iş rejiminə keçib.

Qurum tərəfindən sahibkarlara xəbərdarlıq edilib ki, bayram günlərində bütün avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərərək şəhər əhalisinin marşrut avtobuslarından istifadəsini təmin etsinlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR