Logo

Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək – FOTO

Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavini, vitse-prezident Azat Şamsuarovun bir neçə ay öncə "Gelandewagen” avtomobiliylə Moskvada dostları ilə birgə avtoşluq edən oğlu Ruslan Şamsuarov 300 saatlıq icbari işə göndərilib.

"Qafqazinfo”nun "İnterfaks”a istinadən verdiyi məlumata görə, qərar bu gün Moskvanın Qaqarin məhkəməsi tərəfindən verilib.

20 yaşlı R. Şamsuarov polis əməkdaşlarını təhqir və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq faktlarına görə günahkar bilinib.

Qeyd olunur ki, vitse-prezidentin oğlu həmçinin, 20 min rubl dəyərində cərimə olunub.

Xatırladaq ki, Ruslan Şamsuarov 2016-cı ilin mayında dostları – Viktor Uskov və Abduvahob Məcidov avtoşluq edərkən onları saxlamağa çalışan polisləri ələ salıblar. Gənclər hətta, polisdən qaçışı videoya da çəkiblər.

Daha sonra avtomobilin sükanı arxasında A. Məcidovun olduğu üzə çıxıb.

Sfera.az

Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək – FOTO
Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR