Logo

“Ən yaxşı snayper” adı uğrunda mübarizə - VİDEO

“Ən yaxşı snayper” adı uğrunda mübarizə - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb.

Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.

6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib.

Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən edilib və mükafatlandırılıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR