Logo

Ağstafadakı qəzada ölənlərin adları açıqlandı - RƏSMİ

Ağstafadakı qəzada ölənlərin adları açıqlandı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağstafada yol qəzasında ölənlərin və yaralanan şəxslərin adları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi xəbərə görə, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində "VAZ 2107" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

İlkin araşdırmalar zamanı məlum ki, "VAZ 2107" markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Bundan başqa "Toyota" markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR