Azərbaycanda niyə ancaq 5 ulduzlu hotellər tikilir? - AÇIQLAMA

Azərbaycanda niyə ancaq 5 ulduzlu hotellər tikilir? - AÇIQLAMA

Xaricilərin Azərbaycan hotellərində gecələmələrində artım qeydə alınıb. Belə ki, bu say 79.7 faiz artaraq 309 minə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, göstərilən rəqəmlərin 80 faizi Bakının payına düşür. Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı hotellərə üstünlük veriblər. Yəni Azərbaycanda gecələyən hər 100 xaricinin yalnız 20-si bölgələrə üz tutub.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Vüqar Bayramov deyib ki, hələ də regionlarla müqayisədə Bakı xaricilər üçün daha cəlbedicidir:

 

“2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir. Eyni zamanda, regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2 ulduzlu hotellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və çox turistlər cəlb edir”.

 

İqtisadçı qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər: “Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...