Sabah da yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 9-14°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.






