Yumurtalar niyə kodlaşdırılır? - VİDEO

Yumurtalar niyə kodlaşdırılır? - VİDEO

Son günlər sosial şəbəkələrdə yumurtaların üzərindəki kodlarla bağlı aparılan müzakirələrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi münasibət  bildirib.

 

Sfera.az xəbər verir ki, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev bu sahədə olan standartları açıqlayıb.

 

O deyib ki, yumurtaların üzərinə məhsulun istehsal tarixi və müəssisənin adı yazılır. Əlavə kod vurulmur. Amma hansısa müəssisə öz müştərisinin sifarişinə uyğun kod vura bilər.  

 

AQTA rəsmisi Azərbaycanda iri və xırdabuynuzlu heyvalar arasında yayılan xəstəliklərə də diqqət çəkib. Qalib Əbdüləliyev bildirib ki, Azərbaycanda dabaq xəstəliyi 2001-ci ildə qeydə alınıb. Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin aşkarlanması faktına da rast gəlinməyib. Hazırda bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri quduzluqdur.

 

Qeyd edək ki, region ölkələri arasında ilk dəfə Azərbaycanda aviasiyadan istifadə olunmaqla vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...