"Kibertəhlükəsizlik sahəsində ən böyük çatışmazlığımız insan kapitalı ilə bağlıdır" -  Elvin Balacanov

"Bir sıra ölkələrin statistikasına baxsaq görərik ki, kibercinayətkarlıq bizdə ağır yox, az ağır cinayətkarlıq hallarına şamil olunur".


Sfera.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın sədri Elvin Balacanov bildirib.

 

O, əksər insanların kibercinayətkarlıqla qarşılaşdığını bilmədiyini qeyd edib:


"Bizim Kibertəhlükəsizlik sahəsində ən böyük çatışmazlığımız insan kapitalı ilə bağlıdır. Ölkədə texniki sahədə insan resurslarının yetişdirilməsinə önəm verilir, lakin bu sahənin tənzimlənməsi ilə bağlı ekspertlərə də ehtiyac var. Biz ən azından hüquq fakültələrində bu sahədə ixtisaslaşmalar müşahidə etmirik. Ötən il  9 universitetdə bu sahədə fənnin tədrisinin məcburi olmasını qəbul etdirdik. Əvvəl suallar verilirdi ki,  kibercinayətkarlıqla bağlı məsələləri hüquq tənzimləməlidir, nə üçün geriləmə var?  Cavab budur ki, çünki o dövrdə kibercinayətkarlıq problemi aktual deyildi. Vətəndaşların kibercinayətkarlıq hallarını nə səviyyədə bildirməsi də qlobal problemlərdəndir. Bir sıra hallarda vətəndaşlar bilmirlər ki, onlara qarşı bu sahədə cinayət törədilir. Buna görə biz bu istiqamətdə maarifləndirməni artırmalıyıq. Bu istiqamətdə bir neçə qurum yox, universitetlər, QHT-lər də aktiv olmalıdır". 

 

Əzizə Zeynal

 

Foto:Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...