Logo

Qanunsuz ov edən iraqlılar saxlanıldı

Qanunsuz ov edən iraqlılar saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 13-də  Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman Parkın əməkdaşları tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, belə ki, İraq vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb və onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə edilib.

Bundan başqa, qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR