TuranBank ASC 2023-cü ilin I rübünün nəticələrini elan etdi

TuranBank ASC 2023-cü ilin I rübünün nəticələrini elan etdi

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2023-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.

 

Belə ki, 1 aprel 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.1% və ya 120.7 mln. manat artaraq 872.3 mln. manat, müştərilərə verilmiş kreditləri 22.4% və ya 102.4 mln. manat artaraq 559.3 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri isə 16.4% və ya 45.1 mln. manat artaraq 319.6 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.4% və ya 44,9 mln. manat artaraq 477,1 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 33.3% və ya 92.2 mln. manat artaraq 368.8 mln. manat olub.

 

2023-cü ilin I rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, TuranBank nüfuzlu maliyyə qurumu Incofin İnvestisiya və IIV Mikrofinanz Fondları ilə Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon manat həcmində kredit sazişi, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalayıb.

 

Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB),  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

 

2023-cü ilin I rübü ərzində TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...