“Ötən il kibercinayət dünya ticarətinə 8 trilyon dollar zərər vurub” -  Fərid Əhmədov

“Ötən il kibercinayət dünya ticarətinə 8 trilyon dollar zərər vurub” -  Fərid Əhmədov

“Bütün təhsil pillələrində kibertəhlükəsizlik tədris olunmalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib.

 

O, ötən il kibercinayətin dünya ticarətinə 8 trilyon dollar zərər vurduğunu deyib:

 

"Kibertəhlükəsizlik problemi kompleks tədbirdir və dövlət qurumları səlahiyyətləri çərçivəsində bu problemə məşğul olur. Problemin əsas faktoru insanlarla bağlıdır. Yəni  insanlar bu sahədə maarifləndirilməlidir. Artıq rəqəmsalaşma bizim gündəlik həyatımıza sirayət edib və bu, fiziki gigiyena halını alıb. Artıq bütün yaş təbəqələri kibergigiyena ilə tanış olmalıdır. Bu, təhsil sisteminin bütün pillələrində özünü əks etdirməlidir.

 

Universitetlərdə ixtisasdan asılı olmayaraq kibertəhlükəsizlik tədris olunmalıdır. Biz özəl sektorun bu sahədə mütəxəsislər formalaşdırmasını təklif edirik. Bu amil sözügedən sahədə mütəxəssis çatışmazlığının qarşısını ala bilər".

 

Əzizə Zeynal

 

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...