"Azərbaycan 169 ölkə arasında kibertəhlükəsizlik üzrə 15 pillə irəliləyib" - Elmir Vəlizadə

Azərbaycan 169 ölkə arasında kibertəhlükəsizlik üzrə 15 pillə irəliləyib.

 

Sfera.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə bildirib.

 

O, kiberhücumların səbəblərindən danışıb:

 

"Azərbaycanın dövlət siyasətində İKT-nin inkişafı prioritetlər sırasındadır. Bunun sırasında kibertəhlükəsizlik qüvvədədir. Bütün dünyada kibercinayətkarlıq geniş yayılmasına baxmayaraq, indiyədək BMT səviyyəsində müvafiq saziş qəbul olunmayıb. Nəhayət 2019-cu ildə BMT belə bir sazişin imzalanmasına razılıq verib, 2020 ci ilin martında bu istiqamətdə konfrans da keçirilib. Ölkəmizdə kibertəhlükəsizlik sahəsində keçirilən siyasət qabaqcıl texnologiyaya uyğundur. Ümumilikdə kibertəhlükəsizlik hər bir iştirakçının bilik səviyyəsindən başlayır.


Baş verən kiberhücumların 95 faizinin əsas səbəbi insan amilidir. Bu baxımdan təqdim olunan hesabatda kibertəhıükəsizıiyin təlqin edilməsi üzrə düzgün tövsiyələr verilir. Xüsusən, İkinci Qarabağ müharibəsi dövründə əsasən sərhədyanı bölgədə ermənilər rabitə vasitəsilə bankların adından, dövlətin adından yalan məlumatlar yayırdılar. Lakin bunun qarşısı dövlət tərəfindən alınmışdı".

 


Əzizə Zeynal

 

Fotolar: Anar Bayramlı

 

 

 


OXŞAR XƏBƏRLƏR

Qardaşlıq dünyasısan... - VİDEO

İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezi...

Xanımı Azərin heç yerdə olmayan görüntülərini paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün mərhum aktyor Azər Baxşəliyevin ad günüdür.   Sfera.az xəbər verir ki, aktyorun memar həyat yoldaşı Nigar Seyid onunla ...

Direktor yük maşınının altında qalıb öldü - Hadisənin TƏFƏRRÜATI

Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.   Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəq...

Özbəkistan prezidenti Zəfər parkına səfərindən paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-ü Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az-ın məlumatına görə, Özbə...

Mehriban Xanlarova aldığı qonorarı açıqladı - VİDEO

Əməkdar artist Mehriban Xanlarova qonorarını açıqlayıb.    Sfera.az xəbər verir ki, aktrisa "Bizimləsən" proqramında bu haqda danışıb....

Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə olub

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.   Sfera.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazilriyindən məlumat verili...