Logo

Şəkidə 30 yaşlı qadın itkin düşüb

Şəkidə 30 yaşlı qadın itkin düşüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəki rayonunun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Tünzalə Məmmədovanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və  qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR