"Azəriqaz" açıqlama verdi
Kateqoriya məlum deyil
Azərbaycanın bəzi rayonlarında və Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar qaz təchizatında müşahidə edilən fasilələr yaxın saatlarda aradan qaldırılacaq.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev deyib.
O bildirib: "İB-in əməkdaşları "qaynar xətt" üzrə müraciət aldığımız ərazilərdə qaz təchizatının bərpa edilməsi üzrə zəruri işlər həyata keçirirlər. Biz gücləndirilmiş rejimdə işləyirik, "qaynar xətt" fasiləsiz işləyir".






