Yüksək nəticə ilə direktor ola bilməyən müəllimin iddialarına RƏSMİ CAVAB

Yüksək nəticə ilə direktor ola bilməyən müəllimin iddialarına RƏSMİ CAVAB

Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikovun iddialarına cavab verib.

 

İdarədən bildirilib ki, Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbə 2021-ci ilin noyabr ayında rəhbərlik və nəzarət işi məktəbin tədris işləri üzrə direktor müavini Rauf Məlikova (şikayətçi) ilkin olaraq şifahi şəkildə təklif edilib, lakin o bu vəzifədən  imtina edib.

 

Bundan sonra məktəbə rəhbərlik direktor təyin edilənədək məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Abdul Rzayevə müvəqqəti həvalə edilib.

 

R. Məlikovun hazırda səlahiyyətləri icra edən A. Rzayevin imtahan nəticələri barədə fikirlərinə cavab olaraq bildiririk ki,  A. Rzayev LARTİ - nin 2022-ci ilin sentyabr-oktyabr aylarında keçirilən şagird sayı 500-dən aşağı olan direktor vəzifəsi üzrə DİQ imtahanında iştirak edərək 6 bal deyil, 19 bal toplayıb. Keçid balını toplamadığı üçün və müsahibədə iştirak etmədiyi üçün direktor vəzifəsinə təyin edilməyib.

 

R. Məlikov da həmin imtahanda (şagird sayı 500-dən az olan müəssisələr üzrə) iştirak edərək uğurlu nəticə göstərdiyinə baxmayaraq təklif edilən vakant yerlərdən (şagird sayı 500-dən az olan müəssisələr) imtina etmiş və ehtiyat kadrlar siyahısına daxil edilib.

 

Əlavə olaraq qeyd edək ki, Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə hazırda 600-dən çox şagird təhsil alır. Bu kateqoriyadan olan müəssisələr üçün müsabiqə növbəti aylar ərzində təşkil ediləcəkdir.

 

Qeyd edək ki, Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikov 33 bal topladığı halda ehtiyat kadr kimi saxlandığını, lakin 6 bal toplayan müəllimlə müvəqqəti əmək müqaviləsi bağlanılaraq direktor vəzifəsinə təyin edildiyini iddia edib.


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...