Logo

Nazir polis rəisini işdən çıxardı

Nazir polis rəisini işdən çıxardı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev vəzifəsindən azad edilib.

Sfera.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Cəmşid Hənifəyev təqaüdə göndərilib.

Xatırladaq ki, Cəmşid Hənifəyevin cəmiyyət arasında reputasiyası çox mənfi olub. Odur ki, onun tutduğu vəzifədən azad edilməsi sosial şəbəkələrdə Daxili işlər orqanlarında aparılan islahatların tərkib hissəsi kimi təqdim edilib. Onun işdən uzaqlaşdırılması rüşvətxorluqla mübarizə istiqamətində atılmış nümunəvi addım kimi qiymətləndirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR