“Papanin” və “Kubinka”da ƏMƏLİYYAT: 8 nəfər tutuldu - VİDEO

“Papanin” və “Kubinka”da ƏMƏLİYYAT: 8 nəfər tutuldu - VİDEO

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib.

 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 8 nəfər  - Elşən Alıyev, İsmayıl Musayev, Firdovsi Məmmədov, Elvin Səfərov, Aqşin Oruczadə, Sunay Bağırov, Cavid Əliyev və Tərlan Xəlilov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

 

Qeyd edək ki, əməliyyatlar zamanı saxlanılan Elşən Alıyev və İsmayıl Musayevin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Onlar gəncləri sosial şəbəkələrdə şirnikləndirici vədlər müqabilində ələ alaraq paytaxt ərazisində narkokuryerliyə cəlb etmək istəyiblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Götürülən narkotiklərSaxlanılan narkotacirlər

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...