"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun idarədə keçirdiyi toplantıda dediyi sözlər böyük müzakirəyə səbəb olub. Toplantı barədə yayımlanan rəsmi məlumatda sədr nöqsanlardan danışıb.
Sfera.az-ın məlumatına görə, rəsmi yayılan məlumatda belə deyilirdi: "Bir gün əsas binamızda otaqlardan birinə girdim və gördüm ki, bir xanım yanında uşaqla əyləşib. Otaqdan bozbaş iyi gəlirdi. Xanım yeməyi radiatorun üstündə qızdırırdı. Ən pisi odur ki, radiatorun "vilka"sı da bərbad gündə idi və "vilka" ilə "razetka" bir-birinə məftillə bağlanmışdı. Mən o xanımın xətrinə dəymədim, çünki onun bu məsələdə günahı yoxdur. Günahkar bu şəraiti yaradandır".