Logo

Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edildi - FOTO

Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.

Bu barədə Sfera.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR