Maestro Niyazinin oğulluğu “Kalaşnikov”la saxlanıldı

Maestro Niyazinin oğulluğu “Kalaşnikov”la saxlanıldı

12:55

 

sakini odlu silahla tutulub.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kafidən nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

 

***

 

Maestro Niyazinin xanımını qətlə yetirən oğulluğu yenidən həbs olunub. 

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, Şamaxıda avtomatla saxlanılan Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum olunub. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.

 

O hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) maddəsi üzrə ittiham olunur.

 

Kafi vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb. Maestro haqqında filmdə də Ceyhunun uşaqlıq illəri ilə bağlı görüntülər var. Bu barədə "Qara Talelər" sənədli filmində də bəhs olunub. Həmin film Niyazinin oğulluğu Ceyhun Kafidən bəhs edir.

 

Ceyhun Kafi analığını, maestro Niyazinin həyat yoldaşı Həcər xanımı öldürməkdə də ittiham olunub. O, analığını öldürərək evi qarət edib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...