Logo

Polis vəzifəli şəxsi cərimələdi

Polis vəzifəli şəxsi cərimələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Masallıda vəzifəli şəxsi cərimələyib.

Sfera.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Masallı şəhərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR