Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açıldı - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açıldı - FOTO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.

 

Sfera.az xəbər verir ki, tədbirdə Qurandan ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

 

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...