“Hüseynçilər”, yoxsa İrançılar? - VİDEO

“Hüseynçilər”, yoxsa İrançılar? - VİDEO

Azərbaycan-İran münasibətlərində uzun müddətdir davam edən gərginliyin yüksək həddə çatdığı, o cümlədən Bakıdakı dörd İran diplomatının arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldığı bir məqamda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə İranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan arasında telefon danışığı baş tutub.

 

İki gün ərzində – aprelin 7-si və 8-də keçirilən danışıqlarda iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb, onların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Həmçinin iki ölkə arasında birgə layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. İran tərəfinin yaydığı məlumatda o da bildirilib ki, söhbət zamanı kütləvi informasiya vasitələrinin iki dövlətin maraqları istiqamətində idarə olunmasının zəruriliyi qeyd edilib.

 

Başqa sözlə, tərəflər mediada bir-birinin mənafelərinə uyğun olmayan materialların yayılmasına imkan verməməyin vacibliyini vurğulayıblar. Lakin elə telefon danışığının ertəsi günü – aprelin 9-da İran hökumətinin rəsmi orqanı olan “İran” qəzetində özlərini “Hüseynçilər”, yaxud “Hüseyniyun” adlandıran və Azərbaycan İslam Müqavimət Hərəkatı kimi təqdim edən şəxslərlə geniş müsahibə dərc olunub. Anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınan jurnalist Məhəmməd Mütləqin apardığı dəyirmi masa söhbətinə rəsmi dövlət qəzetində nə az, nə çox – düz iki səhifə yer ayrılıb. Məsələdən hali olanlar bunun nə demək olduğunu yaxşı bilirlər, yəni bu, “Hüseyniyun” terrorçu qruplaşmasına rəsmi Tehranın birbaşa dəstəyinin təzahürüdür.

 

Həmin dəstəyin, uzun müddət pərdələnsə də, təşkilatın yarandığı 2013-cü ildən mövcud olduğunu müsahibənin özündəki bəzi məqamlar da təsdiq edir.

 

Daha ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...