Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR

Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR

Bakı metropoliteninin Bonövşəyi xəttinin hazırda inşası davam edan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

 

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına Idman-Konsert Kompleksi ilə Klinik Tibbi Mərkəz arasında – Calil Məmmədquluzadə küçəsində yerləşəcək: “Burada tikinti işləri “qruntda divar üsulu ilə, yanı, yuxarıdan alt qatlara doğru aparılır. Orazinin relyefindən asılı olaraq, işlor hazirda 29-32 metr dərinlikdə, 4-cü həyata keçirilir. Ümumon qeyd edək ki, “qruntda divar” Usulu yaşayış sahalarinda daha samarali va rahat, məhdud makanlara uyğunluğu va effektivliyi ilə seçilir. Bununla yanaşı, texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilmasi baxımından da daha qonaatcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi. dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması “qruntda divar” üsulunu fərqləndirən keyfiyyatlardandir. Buna qador Banövşəyi xəttin “Memar Əcəmi” v “8 Noyabr” stansiyaları analoji qaydada aparılıb.

 

Tikinti zamanı səviyyədən səviyyaya enmak üçün qazıntı işləri aparılıb, torpaq qatı çıxarılıb, dəmir-beton konstruksiya qurularaq beton döşəmə təbəqəsi inşa olunub”.

 

B. Məmmədov bildirib ki, ümumi uzunluğu 170 metr olan stansiya kompleksinin ilk üç saviyyasinda üzlük işlərinin aparılması üçün normativlərə uyğun tədbirlər görülür. Birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək: “Avtomobil yolunun hər iki tarafi nəzərə alınmaqla 4 istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaat norma və qaydalarına uyğun sonuncu marhalada yerinə yetiriləcək. İkinci səviyyə keçid funksiyası daşıyacaq. Burada platforma saviyyəsinə eniş, eləcə də perspektiv Sarı xattin 6-cı stansiyasına keçid zonasi artiq avvalcadan nazora alınıb. Stansiyada quraşdırılacaq 3 liftdan 2-si bu saviyyədə, biri iso kassa zalında quraşdırılacaq.

 

Üçüncü səviyyə texniki sahələr üçün nəzərdə tutulub. Burada xidmati otaqlar, 4 havalandırma kamerası tikiləcək.

 

Dördüncü və yaxud platforma saviyyəsində sağ və sol tunellarin dəmir-beton tübinqlərinin dağıdılması ilə aparılan torpaq qazma işlərinin 90 metrə yaxın hissəsi icra olunub. Digər səviyyələrdə olduğu kimi, yeddivaqonlu qatarları qəbul edəcək 144 m-lik platformada da işlər üç texniki zona üzrə təşkil edilib. Artıq üçüncü zonada platformal döşəmə konstruksiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır, çınqıldan drenaj lay və onun üstündən hazırlıq betonu salınır.

 

Bakının ağır hidrogeoloji şərtlari burada da özünü büruzə verir. Bu mərhələdə qrunt sularının tikintinin gedişinə təsirini minimuma endirmək üçün 2-ci və 3-cü psas suvurma qovşağı inşa edilib. Stansiya istifadəyə veriləndən sonra onlar suvurma qurğusu kimi foaliyyət göstərəcək.

 

Hər iki tunelda yol infrastrukturunun qurulması davam etdirilir. Bir tuneldə 700 metrdən artıq, digərində isə 500 metrə yaxın dəmir-beton bloklar üzərində relslar çəkilib. Həmçinin kommunikasiya xətlərinin quraşdırılması istiqamətində də tədbirlər görülür. Qatarlara gərginliyin verilməsi üçün lazım olan təmas relsi sonuncu marhələdə quraşdırılacaq”.

 

Stansiya infrastrukturunun qurulması üzrə tədbirlərə də başlanıldığını deyən qurum rəsmisi qeyd edib ki, elektrik yarımstansiyası üçün avadanlıqların istehsalı dünyanın qabaqcıl şirkətlərindən olan Avstriyanın “Siemens” şirkəti tərəfindən sifarişçinin texniki şərtlərinə uyğun olaraq davam etdirilir.

 

“Stansiyada bir səviyyədən digərinə keçmək üçün pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift verilacak. Eskalatorlar va liftlər dünyanın bu sahədə aparıcı “Thyssen Krupp” şirkətinin (Almaniya) mahsulları olacaq. Bakı metropolitenina buna qədər gətirilmiş 2 eskalator istisna olmaqla, digərlərinin, eləcə də liftlərin istehsalı prosesi bu ilin sonuncu rübünə kimi sifarişçiyə təhvil veriləcək. Həmin vaxta qədər ventilyatorların tədarükü də yekunlaşdırılacaq. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, “B-04″. Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq”,-B. Məmmədov deyib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...